Ölkə 14:22 05.05.2021

"Space" TV-nin yeni rəhbəri hansı dəyişikliklər edəcək?

Xəbər verildiyi kimi, Ülviyyə Mikayılova "Space" televiziyasına yeni rəhbər təyin olunub.

Teleqraf.com-a açıqlamasında o, vəzifəsini sabahdan icra edəcəyini bildirib: "Bu gün məni kollektivə təqdim etdilər. Sabahdan tanışlığa başlayacam".

"Televiziyada hansı dəyişiklikləri edəcəksiniz?" sualına Ülviyyə Mikayılova belə cavab verib: "Hələ ki, bilmirəm. İşlərlə tanış olum".

Qeyd edək ki, bir müddət əvvəl kanalın rəhbəri Vaqif Mustafayev vəzifəsindən çıxarılmışdı. Onu Kamil Şahverdiyev əvəz edirdi.

Xatırladaq ki, Ülviyyə Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.