İdman 16:35 19.10.2018

"Spartak" azərbaycanlı futbolçunu 1 milyona transfer edir

Moskva "Spartak"ı Ayaz Quliyevi geri qaytarmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu ilin yayında 500 min avroya "Rostov"a satdığı azərbaycanlı futbolçu üçün 1 milyon avro ödəməyə hazırdı. "Spartak" onu dövlət məmurunu döydüyü üçün həbs olunan Denis Qluşakovun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Ayaz Quliyev bu mövsüm "Rostov"un heyətində keçirdiyi 10 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 22 yaşlı yarımmüdafiəçi Rusiyanın U-21 milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədi.