Sağlamlıq 12:11 03.08.2018

Spirtli içki demensiya xəstəliyinin qarşısını alır

Spirtli içkilərdən uzaq duran ortayaşlı insanlarda demensiya xəstəliyi (ağlını itirmə) təhlükəsi daha yüksəkdir.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, Londondan olan alimlər 9 min nəfər üzərində uzunmüddətli tədqiqat həyata keçirib. Britaniya Tibb Jurnalında dərc edilən məqalədə bildirilir ki, yaşı 35-55 arasında olan və davamlı olaraq spirtli içki qəbul edən şəxslərin demensiya xəstəliyindən əziyyət çəkmə ehtimalları 45% az qiymətləndirilir. Lakin qəbul edilən spirt miqdarı həftə ərzində təxminən 350 ml araq, 1,75 litr çaxıra bərabər olmalıdır. Lakin əlavə olaraq qəbul edilən 175 ml araq və 1 butulka çaxır bu xəstəlik təhlükəsini 17% artıra bilər.

Gülşən