Dünya 14:27 21.04.2019

Şri-Lankada 8-ci partlayış: komendant saatı elan edildi

Şri-Lankada günün 8-ci partlayışı törədilib və təhlükəsizlik məqsədilə komendant saatı elan edilib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, qərar bu gün ölkədə baş verən 8 terror aktından sonra qəbul edilib. Hotel və kilsələrdə törədilən partlayışlar 200-ə yaxın insanın ölümü, yüzlərlə şəxsin yaralanması ilə nəticələnib. 

Hökumət sosial mediaya və mesajlaşma xidmətlərinə qadağa qoyub, təhsil müəssisələrində dərslər ləğv edilib.

Gülşən