Dünya 17:25 16.12.2018

Şri Lankada sabiq baş nazir vəzifəsinə geri qaytarıldı

Şri Lankanın sabiq baş naziri Ranil Vikremesinge vəzifəsinə geri qaytarılıb.

Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, hazırkı prezident Maitripala Sirisena 7 həftə əvvəl Vikremesingeni baş nazir postundan azad edərək sabiq prezident Mahinda Racapakseni bu vəzifəyə təyin etmişdi. Təyinatdan sonra ölkədə siyasi-qeyri sabitlik hökm sürür, bəzi siyasi qüvvələr qərara etiraz edirdi. Ötən gün sabiq prezident və baş nazir Mahinda Racapakse ölkənin sabitliyi üçün istefa verdiyini açıqlamışdı.
 
Gülşən