Sağlamlıq 22:40 07.03.2020

ÜST Azərbaycan bürosu diskriminasiyaya yol verməməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan bürosu diskriminasiyaya yol verməməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan bürosu (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma (damğa) və diskriminasiya müşahidə edilməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. 

Paylaşımda deyilir: 

"Stiqma...

- diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə;

- tibbi yardıma dərhal müraciət etməkdən çəkindirə;

- gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər.

Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və diskriminasiyaya yol verməməliyik”.