Sağlamlıq 12:52 31.01.2019

ÜST: Azərbaycanda 16 nəfər "donuz qripi”nə yoluxub

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.

Qaynarinfo medicina.az-a istinadən xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycanda "donuz qripi”nə yoluxma qeydə alınmayıb. 
  
Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi,  16 halda  А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.