Sağlamlıq 09:13 22.12.2020

ÜST-dən mutasiyaya uğramış yeni koronavirus barədə açıqlama

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) mutasiyaya uğramış yeni növ koronavirusun xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlil yoxdur.

Qaynarinfo Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ÜST-ün səhiyyə, fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan bildirib.

"Hazırda mutasiya olunmuş növün bu xəstəliyi ağırlaşdırmasına dair hər hansı sübut yoxdur”, - deyə ÜST rəsmisi bildirib.