İdman 17:35 10.08.2019

Stadiona ildırım düşdü: 15 futbolçu xəsarət aldı

Almaniyada futbol oyunu zamanı meydançaya ildırım düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə dünən Baden-Vürtemberq əyalətinin Rozenfeld şəhərində baş verib.

Nəticədə 15 futbolçu xəsarət alıb. Onlar 19-48 yaş arasında futbolçulardır. Yaralılar xəstəxanaya yerləşdirilib.