İdman 19:04 23.11.2014

Stadionda şok şüar: "İlk türk qanını kim tökəcək?"

Serbiya çempionatında baş tutan "Voyvodina" - "Rad" matçında serb futbol azarkeşləri türklərə qarşı pankart açıblar. Lent.az-ın eurosport-a istinadən verdiyi məlumata görə, azarkeşlər serb dilində yazılmış "Kim tez tərpənəcək? İlk türk qanını kim tökəcək"? pankartı qaldırıblar.

Olaylı pankartın qaldırılması bir neçə gün əvvəl İstanbulda "Qalatasaray" ilə Serbiyanın "Srvena Zvezda" basketbol klubu arasındakı oyundan əvvəl baş vermiş hadisə ilə bağlıdı. Belə ki, həmin qarşılaşmadan əvvəl serb azarkeşlərlə türkiyəlilər arasında dava olub. Bıçaqlanan serb azarkeş 5 saat əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu olaydan sonra Serbiyada müsəlman və xristian futbol azarkeşləri arasındakı münasibətlər daha da kəskinləşib. Hətta futbol federasiyasının qərarı ilə ölkədə müsəlmanların dəstəklədiyi tək futbol klubu olan "Novi Pazar"ın oyunu da təxirə salınıb.

Qaynar.info