Dünya 16:50 24.01.2018

Stalin barədə film qadağan edilə bilər

İngilis komediya filmi olan "Stalinin ölümü" Rusiyada qadağan edilə bilər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, filmin təqdimatı təxirə salınıb. Qərara səbəb kimi "ideoloji müharibə" göstərilir. Rusiya Mədəniyyət Nazirliyi məsələ ilə bağlı açıqlama ilə çıxış edib və filmin Rusiyada təqdimatını həyata keçirməyə hazırlaşan "Volga" şirkətinə məlumat göndərib. Filmin ölkədə göstərilib-göstərilməyəcəyi haqqında yekun qərar veriləcək. "Stalinin ölümü"nün tamamilə qadağan olunması istisna edilmir. 

Qeyd edək ki, kinoda 1953-cü ildə İosif Stalinin ölümü və daha sonra Sovet hakimiyyətində başlayan daxili çəkişmələr təsvir edilib. 

Gülşən