Video 11:52 16.05.2019

Stilist Anar qəzaya düşdü (VİDEO)

"Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevin stilisti, qrimçi Anar Ağakişiyev İsraildə qəzaya düşüb.  

Qaynarinfo News24.az-a istinadən xəbər verir ki, Stilist motosikletdən yıxılıb. Nəticədə o, sol gözündən və başından xəsarət alıb. Stilistə təcili tibbi yardım göstərilib. Onun sol gözü əməliyyat olunub və tikişlər qoyulub.