Dünya 11:35 22.01.2020

Rusiya bu il anoloqsuz hərbi təyyarələrin istehsalına başlayır

Rusiya 2020-ci ildə Su-34 qırıcılarının yenilənmiş variantının kütləvi istehsalına başlayacaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təyyarə müasir döyüş sursatları, təkmilləşdirilmiş elektron döyüş texnikası və unikal kəşfiyyat konteynerləri ilə təchiz ediləcək. İnkişaf etdirilmiş kəşfiyyat sistemi ilə yüzlərlə kilometr uzaqlıqdakı radar radiasiyasını, radio rabitə və hətta mobil telefon siqnalını belə aşkar etmək mümkün olacaq.

Mütəxəssislərin fikrincə, dünyada bu qırıcıların analoqu yoxdur.

Rusiya Aerokosmik Qüvvələri bu təyyarələrdən ən az 150-200 ədəd istifadə etməyi planlaşdırır.
 
Camal