İdman 12:29 29.02.2020

Suaresin “Barselona” ilə müqaviləsi bu şərtlə uzadıla bilər

Uruqvaylı forvard Luis Suaresin "Barselona" futbol klubu ilə müqaviləsinin uzadılması onun oynadığı matçların sayından asılıdır. 

Qaynarinfo xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi gələn mövsüm keçiriləcək oyunların 60%-ində meydana çıxacağı təqdirdə Suareslə müqaviləni avtomatik yeniləyəcək. Bu haqda futbolçu özü məlumat verib. 

"Mən ağrıyla oynamağa vərdiş etmişəm, narahatlığım bir neçə ildi ki vardı. Çoxları məni tənqid edirdi. Amma hər şeyə dözməli və daha da güclü formada qayıtmalıyam”, deyə ulduz futbolçu ilin əvvəlində sağ dizin lateral menisküsündə yaralanmadan sonra keçirilən bərpa kursunu şərh edərkən deyib.

33 yaşlı futbolçu Barselonada ailəsinin çox xoşbəxt olduğunu bildirib: "Ancaq müqaviləni uzatma qərarı klub tərəfindən qəbul edilməlidir. Gələn mövsüm matçların 60%-ni oynasam, müqavilə avtomatik olaraq yenilənəcək".

Alpər