Dünya 16:36 15.04.2019

Sudan Hərbi Keçid Şurasına yeni rəhbər gətirildi

Sudan Hərbi Keçid Şurasına yeni rəhbər təyin edilib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, General Haşim Əbdül Muttəlib Əhməd Babəkr bu vəzifəyə gətirilib. General-polkovnik Məhəmməd Osman Əl Hüseyn isə onun müavini təyin edilib.

Qeyd edək ki, Sudanda 11 apreldə hərbi çevriliş həyata keçirilib və prezident Ömər Əl Bəşir hakimiyyətdən uzaqlaşdırılaraq həbs edilib. Ölkə 2 il ərzində hərbi hökumət tərəfindən idarə ediləcək.

Gülşən