Dünya 15:15 19.01.2019

Sudan qarışdı: polis cənazə mərasiminə qatılanlara atəş açdı

Sudan polisi dünən baş tutan aksiyalar zamanı həyatını itirən Müaviyə Osmanın cənazə mərasiminə qatılan vətəndaşlara atəş açıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Həkimlər Komitəsi dünən axşam saatlarında gerçəkləşdirilən aksiyalarda bir həkim, bir uşaq və 50 yaşlı Müaviyə Osman olmaqla 3 nəfərin öldüyünü bildirib.

Bu gün paytaxt Xartumda təşkil olunan cənazə mərasiminə qatılan minlərlə vətəndaşa polis tərəfindən sərt müdaxilə olunub. Belə ki, polis aksiyaçılara qarşı gerçək mərmidən istifadə edib.

Mərasimdə 2 minə yaxın insanın iştirak etdiyi qeyd olunur.