Dünya 10:45 25.04.2019

Sudanda 3 istefa

Sudan Hərbi Keçid Şurasının 3 üzvü istefa verib.

Qaynarinfo xəbər verir ki, generallar Cəlaləddin Əl Şeyx, Babikər Əl Tayyib, Ömər Zeynalabdin istefa verərək Şuranı tərk edib.

Qeyd edək ki, Sudan prezidenti Ömər Əl Bəşir 11 apreldə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb və həbs edilib. Çevrilişdən sonra qurulan Hərbi Keçid Şurası 2 il ərzində Sudanı idarə edəcək.

Gülşən