Video 20:38 23.03.2019

Sudanda prezident sarayı yandı (VİDEO)

Sudanın paytaxtı Xartumda yerləşən Prezident sarayında yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə yerindən fotolar sosial şəbəkələrə yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ölkə rəsmilər artıq yanğının nəzarət altına alındığını və tam söndürüldüyünü bildiriblər.

Məlumata görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.