Siyasət 11:29 27.06.2013

Sülhəddin Əkbər: "ABŞ-a səfər olmayacaq"

“Bizim ABŞ-a səfərimiz nəzərdə tutulmur”. 

Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri (ACP) Sülhəddin Əkbər deyib.

O bildirib ki, Milli Şuranın bir qrup üzvünün ABŞ-a səfəri yalan informasiyadır: “Belə bir səfər yoxdur. Nə qədər demək olar ki, elə bir şey yoxdur, biz hansı səviyyədə təkzib verməliyik ki, inansınlar”.

“El” Hərəkatının İdarə Heyətinin sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev isə bildirib ki, ABŞ-a səfər planlaşdırılır, lakin səfərin baş tutacağı dəqiq deyil: “ABŞ-a səfər nəzərdə tutulub. Lakin səfərin baş tutub-tutmayacağı barədə dəqiqi nəsə demək mənim səlahiyyətimdə deyil. Səfər alına da bilər, alınmaya da...”

Qeyd edək ki, Milli Şurada təmsil olunan partiya sədrlərinin iyulun 10-da ABŞ-a səfər edəcəkləri barədə mətbuata məlumat verilib. Milli Şuranın üzvü, ACP lideri Rəsul Quliyev isə bu xəbəri təkzib edib. 

Qaynar.info