İdman 20:05 07.02.2014

Şumaxerin ölüm xəbəri yayıldı

Dekabrın 29-dan komada olan "Formula - 1" çempionu Mixael Şumaxerin ölməsi ilə bağlı xəbərlər yayılıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Fransanın Meribel əyalətində dağda xizək sürərkən yıxılan və beyni zədələnən məşhur idmançının olduğu klinikadan bununla bağlı açıqlama gecikməyib. Bildirilib ki, M.Şumaxer ölməyib və onu komadan ayıltmaq üçün cəhdlər davam edir.

Qaynar.info