Foto 13:38 01.09.2019

Sumqayıt-Bakı yolunda güclü tıxac: hərəkət dayandı (FOTOLAR)

Bu gün səhər saatlarından Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb.

Qaynarinfo xəbər verir ki, tıxac magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub. Əraziyə DYP əməkdaşları cəlb olunub.

Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.