Ölkə 13:15 11.01.2014

Sumqayıt sakinləri ayağa qalxdı

Sumqayıtda 11-ci mikrorayon sakinləri hazırda etiraz aksiyası keçirirlər.

Hazırda vaxtilə “Çerkassi” küçəsi adlanan ərazidə sakinlər yolu kəsiblər. Onlar icra strukturu tərəfindən aldadıldıqlarını iddia edirlər.

Sakinlər bildirir ki, bu ərazidə 25 ilə yaxındır bağ-bağat əkiblər: "Meyvə ağacları, güllər əraziyə xüsusi gözəllik verirdi. İcra adamları gəlib dedilər ki, bu bağçaların hamısı sökülməli, burada Zərifə Əliyeva adına park tikilməlidir. Biz də razılaşdıq. Amma indi görürsünüzmü vəziyyət necədir? Bütün ərazi satılıb, 2-3 mərtəbəli obyektlər tikilir. On minlərlə ağac kəsildi burada. İcra hakimiyyətinə getdik, qolumuzu burub çölə atdılar bizi. Dərdimizi kimə söylərək? Mikrorayonun içərisində, məktəbin yanında erməni-rus qəbiristanlığı, arxasında da ki bu biabırçı vəziyyət.”

Daha bir sakin isə bildirdi ki, icra hakimiyyətindən ağacların qanunsuz kəsildiyini bildiriblə. 

Qeyd edək ki, sakinlər mərkəzdəki "Dördyol" deyilən şosseni bağlamağa hazırlaşır (Birlik.az)