Video 23:06 03.02.2022

Sumqayıtda 33 şagird məktəbi boykot etdi: Araşdırma aparılır (VİDEO)

Sumqayıt şəhərində Təfəkkür liseyinin 3C sinfinin 33 şagirdi üç gündür təhsil ocağına gəlməkdən imtina edir. 

Onların tələbi isə müəllimlərinin dəyişdirilməsidir. 

Onlar Baku TV-ə müraciətlərində bildiriblər ki, onlar sinfin müəllimi Səbinə Şahbazovanı istəmirlər.Tez-tez dərsdə iştirak etməyən müəllimin onların övladlarına dərs deməyini məqbul saymırlar. Məhz buna görə də uşaqları məktəbə qoymurlar.