Ölkə 23:07 25.03.2018

Sumqayıtda ağır qəza: polis əməkdaşı qəzada öldü

Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu Məmmədov Sumqayıt şəhəri ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.

O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.