Sumqayıt şəhəri H.Zeynalbdin qəsəbəsinin ərazisində ağır yol qəzası baş verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 16-da H.Zeynalbdin qəsəbəsinin ərazisində Hacıqabul şəhər sakini Yaqub Məmmədovun idarə etdiyi "Volkswagen" markalı və Yardımlı rayon sakini Aqşin Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və Y.Məmmədovun sərnişinləri, Hacıqbul şəhər sakinləri Vüsalə Soltanova və Tamamnaz Məmmədova xəstəxanaya yerləşdiriliblər. A.Quliyev orada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qaynar.info
Şərhlər