Ölkə 11:41 05.03.2014

Sumqayıtda aşıq festivalı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Sumqayıt şəhərində  “Gənclər arasında aşıq festivalı” adlı layihə həyata keçiriləcək. 

Layihənin təqdimat mərasimində çıxış edən  layihə rəhbəri Lətafət Mürsəlova qeyd edib ki, mart ayının ikinci ongünlüyündə Sumqayıt şəhərində yaşayan gənc aşıqlar bir araya gələcək və onların iştirakı ilə aşıq festivalı reallaşacaq.

Layihənin məqsədlərindən danışan L. Mürsəlova bildirib ki, festivalın məqsədi istedadlı gənc saz ifaçılarını aşkarlayaraq üzə çıxartmaqdır: “ Festivalı həyata keçirməkdə məqsədimiz gənc saz ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin aşıq sənətinə olan olan marağını daha da artırmaqdır. Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması, aşıq mədəniyyətinin tanınması və aşıq sənətinə marağın artırılması da məqsədlərimiz sırasındadır.”

Qaynar.info