Foto 13:42 16.03.2019

Sumqayıtda evi yanan ailə günlərdir küçələrdə qalır (VİDEO)

Xəbər vermişdik ki, Sumqayıtda  "Betonzavod” yaşayış massivində yanğın hadisəsi baş verib.  Yanğın FHN tərəfindən söndürülsə də. 150 kv/m fərdi yaşayış evinin 1 otağı, dəhlizi və mətbəxi əşyaları ilə birlikdə 80 kv/m sahədə yanıb. Ev və əşyalar tamamıilə yararsız hala düşüb. 

Hadisənin üzərindən bir müddət keçməsinə baxmayaraq yanğın baş verən evdə yaşayan ailə küçələrdə qalmağa məcbur olub. 

Bu barədə ev sahibi Əfqan Ağayev Unikal.org-a müraciət edib. Ə.Ağayevin sözlərinə görə, lazımi qurumlara müraciət etsə də, onların evlə bağlı problemi həll olunmayib:

"Hazırda çox acınacaqlı vəziyyətdəyik. Anam, atam,  yoldaşım və 3 övladımla küçələrdə qalmışıq. Lazımi qurumlara, bələdiyyəyə və FHN-ə müraciət etsək də, küçələrdə qalmağımıza çarə tapılmır.  Fövqaladə Hallar Nazirliyi bir qərar çıxarıb, bir kağız verib, vəssalam.  Böyük qızım 9 yaşındadır, günlərdir məktəbə gedə bilmir. Çünki paltarları, dəftər-kitabı yanıb. Eləcə də 5 yaşlı oğlum bağçaya gedə bilmir. Digər qızım isə hələ körpədir. 2 yaşı yoxdur. Bizimlə maraqlanmırlar, bu soyuqda harada və hansı vəziyyətdəyik".