Xəbər lenti

Sumqayıtda faciə: Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü
Ölkə 22:08 11.01.2019

Sumqayıtda faciə: Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü

Sumqayıt şəhər Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar. 

"Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədir. 

Hər iki şəxsin meyiti Sumqayıt şəhər Xəstəxanasının morquna gətirilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->