Foto 23:05 01.02.2018

Sumqayıtda gənc oğlan itkin düşdü (FOTO)

Sumqayıt şəhərində gənc oğlan itkin düşüb. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, şəhərin Saray bağlar massivi, ev B-3225 ünvanında yaşayan, 1998-ci il təvəllüdlü Heydər Həmzə oğlu Qurbanov itkin düşüb.

Ondan bir həftədir xəbər yoxdur.
Yaxınları hadisədən sonra polisə gələrək məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.