Foto 10:10 07.01.2021

Sumqayıtda jurnalistin avtomobili qarət edildi (FOTOLAR)

Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb. Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib. Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-dən "Report”a bildirilib ki, hadisə artıq araşdırılır.