Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Qaynarinfo-nun məlumatına görə, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər kotec qəsəbəsində yaşayaşan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.
Qeyd edək ki Kərimov İbrahim Ramazan oğlu barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb .İstintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.
Şərhlər