Ölkə 15:20 01.06.2018

Sumqayıtda torpaq uçqunu olub: ölən var

Sumqayıt şəhərində 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.