Texnologiya 20:27 02.09.2019

Süni beyin ilk dəfə olaraq düşündü - Alimlərdən yeni kəşf

Yaradılan süni beyin ilk dəfə olaraq düşünməyi bacarıb.

Qaynarinfo Ölkə.az-a istinadən bildirir ki, Kaliforniyada San Dieqo Universitetinin alimləri süni şəkildə yetişdirdikləri beyində neyron fəaliyyətini qeydə alıblar. 

Bu haqda Stem Cellin elmi məqaləsində qeyd olunub. Tədqiqatçıların sözlərinə görə, süni beynin sinxron impulsları vaxtından əvvəl doğulmuş uşaqların elektroensefaloqramına bənzəyir. 

Süni insan orqanı yetkin insanın kök hüceyrələrindən yaradılıb. Alimlər kök hüceyrələrini beyin qabığının kiçik bir hissəsinə çevirə biliblər.

Daha əvvəl isə, Mayo Klinikasının alimləri beynin yaşlanma mexanizmini sındırmağa  müvəffəq olublar. 2018-ci ilin oktyabrında Vaşinqton və Karneqi-Mellon Universitetinin alimləri bir neçə insan beynini, məsələlərin kollektiv həlli üçün vahid şəbəkəyə qoşmağa imkan verən BrainNet interfeysi yaradıblar.