Texnologiya 16:20 22.04.2018

Süni intellekt emosiyalara sahib olacaq

Çinin texnologiya şirkəti "Huawei" süni intellektin gələcəkdə emosiyalara sahib olacağını açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin üzərində çalışdığı layihə ilə robotlar insanlarla fərqli formada ünsiyyət quracaqlar. Süni intellekt insan həyatına daha yaxşı adaptasiya ola bilmək üçün emosiyalara sahib olacaq. İnsan hisslərini anlayıb reaksiya verən robotlar evə gələn zaman sizə ailə üzvü kimi davranacaq, soyuq münasibət göstərəndən sonra üzr istəyəcək. Bu dəyişiklik insanların emosional olaraq robotlara bağlanmağı ilə nəticələnəcək. 

"Huawei"in rəhbər şəxslərindən olan Feliks Çanq bildirir ki, hazırda gündə 110 milyon çinli şirkətin səs assistantı proqramından istifadə edir. Bu məlumatlar emosiyalara sahib robotlar layihəsində böyük əhəmiyyətə sahibdir. 

Gülşən