Foto 18:43 07.10.2018

Sünnətdə bəyin üzərinə o qədər qızıl taxdılar ki, yeriyə bilmədi (FOTOLAR)

Türkiyənin Şanlıurfa vilayətində iş adamı Enver Geçgelin 8 yaşlı oğluna etdiyi sünnət toyu gündəm mövzusuna çevrilib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şəddadi aşirətinə mənsub olan iş adamının oğlu Firudinə keçirdiyi sünnət toyunda həddindən artıq hədiyyə toplanıb. Belə ki, məclisə dəvət edilən 500-dən çox qonağa səbəbkarın başına dollar səpmək qadağan edilib. Bu səbəbdən də qonaqların çoxu onun üzərinə qızıl taxıb.

8 yaşlı uşağın üzərinə ümumilikdə 450 qızıl taxılıb ki, azyaşlı qızılın ağırlığından hərəkət etməkdə çətinlik çəkib. Bundan başqa uşağın başına 180 min lirə pul atılıb.

Qeyd edək ki, iş adamı oğlunu toy masasına şah taxtında gətizdirib.