Dünya 11:35 23.03.2019

Suriya Demokratik Qüvvələri: İŞİD Suriyada tamamilə məğlubiyyətə uğradı

Suriya Demokratik Qüvvələri İŞİD terror təşkilatının Suriyada tamamilə məhv edildiyini açıqlayıb.

Qaynarinfo Sky News-a istinadən xəbər verir ki, ABŞ-ın dəstək verdiyi qüvvələr terror təşkilatının əlindəki son bölgə olan Baqhuzun azad edildiyini bildirib.

Qeyd edək ki, son həftələrdə SDQ və İŞİD arasında Baqhuz uğrunda döyüşlər gedirdi.

Gülşən