Xəbər lenti

Suriya Türkiyə yox, Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər... (MÜSAHİBƏ)
Dünya 14:34 28.02.2020

Suriya Türkiyə yox, Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər... (MÜSAHİBƏ)

Politoloq Elxan Şahinoğlunun Qaynarinfo-ya müsahibəsi

- Suriyada 33 türk hərbçisinin həlak olmasıyla nəticələnən hücumdan sonra gözləntiniz necədir? Proseslər hansı senaridə inkişaf edə bilər? 
- Hadisələrin inkişafının bir neçə variantı ola bilər. Birinci addımı Rusiya atmalıdır, atəşkəs elan olunmalıdır. Əks halda Rusiya ilə Türkiyə toqquşması ehtimalı artacaq. Bu, Rusiya Türkiyə qarşıdurması müharibəsinə, Avrasiya bölgəsinin fəlakətlərinə gətirə bilər. Bu nə Rusiyanın, nə də Türkiyənin maraqlarına cavab verir. Çünki tərəfdaş ölkələr arasında böyük layihələr var. Yəni, müharibə olsa, bütün bu layihələrin üstündən xətt çəkilməlidir. Onsuz da Rusiya Qərbin sanksiyalarıyla üz-üzədir. Türkiyə ilə müharibə, toqquşma əslində Rusiyanın maraqlarına cavab vermir. Amma Rusiya Əsədə dəstəyini davam etdirərsə, İdlibi ələ keçirməyə çalışsa, aydındır ki, Türkiyə ilə toqquşma qaçılmaz olacaq. 

- BMT baş katibi verdiyi açıqlamada münaqişə tərəflərini təcili atəşkəsə səslədi. Türkiyə bu boyda itkidən sonra atəşkəsə gedəcəkmi? 
- Atəşkəs mümkindir. Çünki Türkiyə 33 şəhidin qarşılığını artıqlaması ilə verib, Əsəd ordusunun yüzlərlə hərbiçisi zərərsizləşdirilib, tankları, topları vurulub. Əgər Rusiya və Əsəd rejimi atəşkəsə əməl edəcəklərsə, məncə, Türkiyə də atəşkəsə razılaşacaq. 

- Rusiya KİV Moskvanən hücumda iştirak etmədiyini, Əsədin türk qüvvələrini deyil, Nüsra Cəbhəsinin yaraqlılarını vurduğunu, Türkiyə tərəfinin orda olması haqda məlumat vermədiyini bildirib. Bu açıqlama nə dərəcədə səmimidir? 
- Rusiyada türk hərbiçiləri uzun müddətdir ki, təmas içindədir. Çalışırdırlar ki, İdlib ətrafında toqquşmalarda Rusiya ilə Türkiyə hərbiçiləri üz-üzə qalmasın. Bu müharibədir. Elə bir vəziyyət  yarana bilər ki, toqquşma ehtimalı arta bilər. Bəli, Rusiya Aviasiyası guya İdlibdəki terrorçuların məntəqələrini vururdu. Amma indi İdlib ətrafında Türkiyənin müşahidə nöqtələri var. Onlar terroçuları vuranda istər-istəməz bu bombalar Türkiyə hərbiçilərinin olduğu əraziyə düşə bilər. Və düşür də. Çünki Türkiyə şəhid verib. Ona görə nə qədər Rusiya desə ki, guya onlar türk hərbiçilərini deyli, terrorçuları hədəf götürürlər, amma yenə də Türkiyə hərbçilərini vururlar. Çünki İdlibin özündə də artıq Türkiyə hərbiçiləri və zirehli texnikası var. Aydın görünür ki, Əsəd ordusu aviasiyadan dəstək almadan İdlibə hərəkət edə bilməz. Ona görə Rusiyanın bu arqumentləri əsassızdır. Əsas odur ki, Soçi razılaşması var. Bu razılaşmaya görə İdlib ətrafında atəşkəs olmalıdır. Bu atəşkəsə nə Əsəd, nə də Rusiya riayət edir. 

- Türkiyə xəbər agentliklərinin hücumu yalnız Əsəd rejiminin həyata keçirməsini deməsində məqsəd nə ola bilər? 
- Türkiyə də Rusiya ilə toqquşmaq istəmir. Türkiyə açıq-aşkar bəyan edib ki, vuracağı məntəqələr Rusiyaya aiddir. Ancaq Əsəd nöqtələrini bombalayacaq. Və proses elə də gedir. Əsəd ordusunun hərbiçilərinin neytrallaşdırıldığı texnikalar vurulur. Türkiyə istəmir ki, bir başa Rusiya ilə toqquşma baş versin. 
 
- ABŞ və başqa Avropa ölkələrinin hansı mövqeyi tutacağını güman edirsiz? 
- Amerika və NATO ölkələri sözdə Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Əməldə dəstək hələ ki yoxdur. Amerika İdlib məsələsində Türkiyəyə dəstək verdiyini açıqlayıb. Digər tərəfdən isə Suriya PKK terrorçu təşkilatının PYD qanadına da dəstəyini bəyan edib. Bu da ikili yanaşmadır.

 - Türkiyə bu gündən Avaropaya suriyalı miqrant axının qarşısını almamaq haqda göstəriş verib. Bu, hansı nəticələr doğura bilər? Və Türkiyənin bu məqamda bu addımı atması nə anlama gəlir? 
- Türkiyə 3 milyon 600 min suriyalını qəbul edib. Bundan artığını qəbul edə bilməz. Yüz mini artıq sərhəddə dirənib. Milyonlarla insanı Türkiyə qəbul edə bilməz. İstəyir ki, Avropa da məsuliyyət daşısın. Ona görə bu açıqlamanı veriblər ki, qaçqınların sayı artsa, onları Avropa istiqamətləndirəcəklər. 

- Bəzi analitiklərin fikrincə, Türkiyəni Suriyada Rusiyanın Əfqanıstandakı taleyi gözləyir. Sizin fikriniz necədir?
- Rusiya uzaq bir ölkəyə gəlib ordusunu yerləşdirib və məqsədi tək Əsədi qorumaqdır. Əsəd özü böyük qətliyamlar həyata keçirib. Rusiyanın dəstəyi olmasaydı, bu gün Əsəd rejimi olmazdı. Əsəd məğlub olacaqdı. Ona görə, Rusiya Əsədə olan dəstəyini artırdı. İndi Türkiyə ilə qarşıdurmaya getsə, Rusiya tərəfi də itki verə bilər. Rusiya cəmiyyəti sual verə bilər ki, nədən Rusiya hərbiçiləri Suriyada həlak olurlar? Onsuz da ara-sıra Rusiya əsgərləri arasında da itkilər olur. Bəzən hərbi texnikası da hədəf götürülür. Bu baxından əgər Suriyadakı rejimə dəstəyini davam etdirsə, Türkiyədə toqquşma reallaşsa, Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->