Dünya 09:21 11.04.2019

Suriyada 200-dən çox uşaq düşərgədə ölüb

Suriyanın Əl-Xol qaçqın düşərgəsində 200-dən çox uşaq acınacaqlı vəziyyət səbəbindən həyatını itirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir verir ki, Rusiyanın Suriyada müharibə edən tərəflərin barışıq mərkəzinin rəhbəri Viktor Kupçişin ölkənin şimal-şərqində yerləşən düşərgədəki acınacaqlı vəziyyətdən danışıb. 

Onun sözlərinə görə, ərazi ABŞ koalisiyasının nəzarətinə keçdikdən sonra humanitar vəziyyət kəskin pisləşib və 235 uşaq həyatını itirib. Təkcə son həftə düşərgədə 7 uşağöın öldüyü bildirilir.

Ölümlərə səbəb kimi dərman, ərzaq çatışmazlığı və qeyri-həyat şəraitinin olması göstərilir.