Dünya 09:52 29.11.2018

Surqut Hava Limanına Fərman Salmanovun adı verilə bilər (FOTO)

Əfsanəvi geoloq Fərman Salmanovun adı Rusiyanın Surqut şəhərindəki hava limanına verilə bilər.

Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, Fərman Salmanovun adı keçirilən səsvermədə 3 nəfərlik siyahıya liderlik edir. Siyahıya 62 faizlə Fərman Salmanovun adı, Yermak Timofeyeviçin adı isə 28 faiz səs toplayıb. Üçüncü yerdə qərarlaşan Aleksandr Filipenkonun adı cəmi 9 faiz səs toplayıb.

Rusiya mətbuatı da hava limanına Fərman Salmanovun adının verilməsinin düzgün olduğunu yazıb. Surqutun xəbər portalı yazır ki, Fərman Salmanov dahi şəxsiyyət olub və Surqutun inkişafı üçün Yermak Timofeyeviçə nisbətən xidmətləri qat-qat çox olub.

Fərman Qurban oğlu Salmanov 1931-ci ilin 28 iyul tarixində Şəmkir rayonu, Morul kəndində anadan olub. 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqları kəşf edib. Sosialist Əməyi Qəhrəmanıdır. 2007-ci ilin 31 mart tarixində Moskvada vəfat edib.

İctimai Palatanın üzvü Dmitri Plotnikov deyib:

"Fərman Salmanov Sibirdə nefti tapan alimdir. Rusiya Elmlər Akademiyasının müxbir üzvü, elmlər doktoru, əməkdar geoloqdur. Onun iştirakı ilə Urenqoy və Yambursk kimi vilayətlərdə də iri neft yataqları aşkar edilib”.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!