Video 22:38 13.01.2019

Sürücü avtomobilini evakuatordan belə qaçırdı (VİDEO)

Rusiyanın paytaxtı Moskvada orta yaşlı kişi sahibi olduğu avtomobili evakuatordan icazəsiz aparıb. 

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, vətəndaş əvvəlcə evakuasiya xidmətinin əməkdaşlarından avtomobilini geri istəsə də ona yalnız polisin gəlməsindən sonra maşının qaytarılacağı deyilib.

Bununla razılaşmayan şəxs evakuatorun platformasına qalxaraq maşınını oradan salıb və hadisə yerindən uzaqlaşıb.

Videoda avtomobilin zərər gördüyü aydın olur.