Ölkə 17:17 09.10.2017

Sürücülər diqqətli olsun: Bakıda piyada özünü maşınların altına atır (VİDEO)

Bakıda yolda qəribə hadisə baş verib.

"Qaynarinfo"nun baku.ws-ə istinadən məlumatına görə, Neftçilər metrosu yaxınlığında bir nəfər piyada özünü avtomobillə hərəkət edən sürücünün qarşısına atıb.

Avtomobilin videoregistratoruna düşən görüntülər hər şeyi gözlər önünə sərir. Kadrlardan da göründüyü kimi piyada avtomobil yaxınlaşmamış özünü yerə atır. Bu yolla sürücülərə təzyiq edən şəxs dələduzluq edir və qazanc əldə etməyə çalışır.

Ancaq bu dəfə piyadanın çirkin əməli baş tutmayıb.

Qaynarinfo.Az