Ölkə 20:00 30.05.2018

Sürücülərin nəzərinə: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya  bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 kilometrində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Heydər Əliyev prospektində Hava limanı və əks istiqamət üzrə gündüz və gecə saatlarında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.