Texnologiya 17:28 28.12.2017

Sürücüsüz avtobuslar istifadəyə veriləcək

İsveçin paytaxtı Stokholmda gələn ay sürücüsüz avtobuslar istifadəyə veriləcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Stokholmun Kista bölgəsində Hanstavegen və Arne Torg küçələri arasında 2 avtobus fəaliyyətə başlayacaq. 1,5 km məsafəni qət edəcək bu nəqliyyat vasitələri 20 km sürətlə gedəcək. 12 nəfər sərnişini daşımaq üçün nəzərdə tutulan vasitələrdən daha 7-sinin qısa müddət ərzində istifadəyə verilməsi gözlənilir.

Elektriklə işləyən avtobuslar özləri üçün ayrılan xüsusi yolda irəliləyəcək. Sükanı olmayan bu nəqliyyat vasitəsi ətrafındakı əşyaları müəyyənləşdirə bilir.

Qeyd edək ki, avtobuslar üçün fövqəladə vəziyyətlərdə idarəni ələ ala bilmək məqsədilə operatorlar müəyyənləşdirilib.

Gülşən