Foto 23:59 24.01.2018

Sürüşmə zonasından köçürülən ailələr 49 saylı məktəbə yerləşdirildi (FOTO )

Bayıl yamacındakı sürüşmə zonasından köçürülən ailələrin bir qrupu 49 saylı məktəbə yerləşdiriliblər. Modern.az xəbər verir ki, məktəbdə sakinlərin qeydiyyatı aparılır.

Sosial şəbəkədə yayılan məlumata görə, məktəbə köçürülən insanlar hələlik yataq dəstləri və digər zəruri avadanlıqlarla təmin edilməyib.

Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır.