Ölkə 09:12 19.05.2017

Sürücülük vəsiqəsinin dəyişdirilməsində YENİLİK

Yeni tələb müəyyənləşdirilib

Nazirlər Kabineti  "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edib.

İstiPress xəbər verir ki, Əsasnaməyə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sürücülük vəsiqəsini dəyişdirməsini tənzimləməklə əlaqədar yeni müddəa əlavə edilib.

Beləliklə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq.

Qaynarinfo.Az