Siyasət 14:50 28.02.2014

Söyün Sadıqov Qənirə Paşayevanın niyə müdafiə edir?

Son günlər Milli Məclisin deputatı Qənirə Paşayeva barəsində yayılan mənfi informasiyalara Rusiyada yaşayan azərbaycanlı milyarder “Azerros”un sabiq prezidenti Söyün Sadıqov münasibət bildirib.

S. Sadıqov AzNews.az-da yayılan “Qənirə Paşayevanı Türkiyədə pərt etdilər” yazısına facebookda şərh yazıb və deputatı tərifləyib: “Qənirə xanım gözəl və çox ağıllı xanımdır. O həm də güclü siyasətçidir. O, Azərbaycanın və ölkə cəmiyyətinin inkişafı üçün müsbət işlər görüb”. 

S. Sadıqov əlavə edib ki, Azərbaycanda belə xanımlara daha çox ehtiyac var. 

Qaynar.info