Dünya 14:41 10.12.2013

Tacikistan Şaxta Baba və Qar Qızdan imtina etdi

Şaxta Baba və Qar Qız Tacikistan dövlət televiziyasının bayram verilişinə dəvət olunmayacaq.

Qaynar.info
"Radio Ozodi"yə istinadən xəbər verir ki, ölkədə dövlət səviyyəsində Yeni İl şənliyi keçirilməyəcək.

Yeni İl şənliklərinin hazırlanmasına cavabdeh olan "Safina" telekanalından bildirilib ki, bu il dövlət televiziyasına Şaxta Baba və Qar Qız dəvət olunmayacaq.

Məlumata görə bu qərar "yuxarıdan" verilib.

Tacikistan Dövlət Teleradio Yayım Komitəsinin sədr müavini Diləfruz Amirkulova bildirib ki, təntənəli bayram mərasimi yalnız Novruzda qeyd olunacaq.

Qaynar.info