Xəbər lenti

Tahir Kərimovla bağlı yeni İDDİA
Ölkə 18:13 21.05.2014

Tahir Kərimovla bağlı yeni İDDİA

Salyan rayon icra başçısı Tahir Kərimovla bağlı yeni iddialar ortaya çıxıb. 

Rayondan Qaynar.info-ya daxil olan məlumata görə icra başçısı rayon ərazisindəki iri torpaq sahələrini yenidən özəlləşdirməyə başlayıb. Onun ötən illərdə də Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat sahəsi yaratması ilə bağlı məlumatlar var idi. 

Rayondan verilən məlumata görə Tahir Kərimov Salyan sakinlərinə məxsus olan torpaqları əvvəlcə razılıqla almağa çalışır, bu alınmayanda isə onlara aid sərəncamları ləğv etdirərək özününküləşdirir, həmin torpaqlarda isə şəxsi təsərrüfatını yaradır. Hazırda rayonda icra başçısının şəxsi fermasının olduğu da iddia olunur. Həmin feramada isə 2 min başdan artıq qoyun, 100 baş iribuynuzlu mal-qara saxlanılır.

Məlumatı verən mənbənin sözlərinə görə, Tahir Kərimova məxsus bu təsərrüfatın dəyəri milyonlarla manatla ölçülür və icra başçısı vaxtaşırı təsərrüfatına baş çəkir, şəxsən nəzarət edir.

O da bildirilir ki, Tahir Kərimovun şəxsi təsərrüfatı təkcə maldarlıq və qoyunçuluqla bitmir. Həmçinin onun geniş əkinçilik sahələri də var. Bundan başqa, icra başçısının dövlət fonduna məxsus torpaqlarda yüz hektarlarla ərazidə yonca sahələrinin olduğu deyilir. Bu sahələrdən isə icra başçısı hər il külli miqdarda vəsait əldə edir.
 
İcra başçısı ilə bağlı əsas ittihamlardan biri də onun "Azərsu" ASC-də pay sahibi olmasıdır ki, bununla bağlı da kifayət qədər faktlar var. Hətta onun sözügedən quruma təsir etmək imkanlarının olduğu da bu məlumatlar sırasındadır. Hazırda icra başçısının qardaşı Qabil Kərimov sözügedən qurumda məsul vəzifədə çalışır. Qeyd edək ki, icra başçısının "Azərsu"ya təsir imkanları və burada pay sahibi olduğu barədə daxil olan məlumatları araşdırırıq.

Onu da qeyd edək ki, icra başçısı ilə bağlı mediada zaman-zaman məlumatlar dolaşır. Belə ki, ötən il onun öz biznesini Avropaya daşıdığı iddia edilir, oğlunun da tez-tez dünyanın bahalı kurort şəhərlərinə səfərlər etdiyi, əsasən də Maldiv adalarında tez-tez göründüyü vurğulanırdı.

Mövzu ilə bağlı Salyan rayon İcra Hakmiyyətinin mövqeyini öyrənə bilmədik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->