Dünya 09:35 24.03.2019

Tailandda hərbi çevrilişdən sonra ilk parlament seçkiləri keçirilir

Tailanda 2014-cü ildə baş tutan hərbi çevrilişdən sonra ilk dəfə parlament seçkiləri keçirilir.

Qaynarinfo xəbər verir ki, seçkilərdə hərbi çevrilişə və hazırda ölkəyə rəhbərlik edən Baş Nazir Prayut Çan-oça ilə hərbi rejim əleyhdarları olan müxalif partiyalar mübarizə aparacaq. Partiyaların bir qismi çevrilişlə vəzifəsindən kənarlaşdırılan və hazırda sürgün həyatı yaşayan sabiq Baş Nazir Yinqlak Çinavatraya verdikləri dəstəklə diqqət çəkir.

69 milyon əlahisi olan Tailandda 51,4 milyon insan seçki hüququna sahibdir. Seçicilər 77 əyalətdə 92 min seçki məntəqəsində səs verə biləcəklər. Proses yerli vaxtla saat 17.00-a qədər davam edəcək.