Dünya 13:02 01.06.2013

Taksim meydanından CANLI YAYIM

Türkiyə hökümətinin İstanbulun Taksim parkında ticarət mərkəzinin ucaldılması barədə layihəsi 4 gündür sərt etirazlarla qarşılanır.

Qaynar.info-nun xəbərinə görə, bir neçə gündür Taksim meydanında etirazçılarla polis qüvvələri arasında toqquşmalar davam edir.

Ötən gecə aksiyanı dağıtmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları traktorları dayandırmaq məqsədi ilə alışdırıcı maye ilə doldurulmuş şüşə qabları, daş və başqa əşyalardan istifadə edib. İstanbul valisi Hüseyn Avni Mutlu bildirib ki, hadisə nəticəsində 12 nəfər yaralanıb, 63 nəfər saxlanılıb.

Tikinti texnikası Sultan Səlim dövründən qalan qədim tikililəri uçurmaq məqsədi ilə gətirilib.

Baş nazir R.T.Ərdoğan son hadisələri şərh edərkən bəyan edib ki, qərar hökumət səviyyəsində artıq qəbul olunub və o həyata keçiriləcək. 

Aksiya bu anlarda da davm edir. Qaynar.info Norveç televiziyasının Taksim meydanından verdiyi CANLI YAYIMI təqdim edir.

Qaynar.info